Daha bir klub Osimhen uğrunda mübarizəyə qoşulur
“Napoli”nin hücumçusu Viktor Osimhen “Arsenal”ın maraq dairəsindədir.
Komanda.az “Ilario Radio”-ya istinadən xəbər verir ki, “topçular”ın rəhbərliyi nigeriyalı futbolçu üçün lazımi məbləğdə təzminat ödəməyə hazırdır.
Osimhen PSJ-yə keçməyə daha çox meyllidir və burada ona “Arsenal”dan daha əlverişli şərtlər təklif olunur. Onunla “Çelsi” də yaxından maraqlanır.
25 yaşlı forvardın “Napoli” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. O, ötən mövsüm 32 matçda iştirak edib, 17 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin