“Qaradağ Lökbatan”ın düşərgəsində italiyalı futbolçu
Birinci Liqada çıxış edən “Qaradağ Lökbatan” komandasının düşərgəsinə iki yeni əcnəbi futbolçu gəlib.
Komanda.az-a verilən məlumata görə, “Qaradağ Lökbatan” italiyalı və mərakeşli futbolçuları sınaqdan keçirdikdən sonra onlarla bağlı son qərarı verəcək. Baş məşqçi Azər Həşimov avqustun 4-də “Şəfa” ilə keçiriləcək yoxlama oyununda yeni legionerləri sınaqdan keçirəcək.
İtaliyalı futbolçu müdafiəçi, mərakeşli oyunçu isə yarımmüdafiəçi mövqeyində çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin