“Təkmilləşdirilməli çox şey var” – Haland
“Mançester Siti”nin hücumçusu Erlinq Haland Premyer Liqanın yeni mövsümünün startına hazır olub-olmamasından danışıb.
Komanda.az “Mançester Siti”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, norveçli futbolçu özünün ən yaxşı versiyası olmaq istədiyini bildirib:
“Təkmilləşdirilməli çox şey var. Həm futbol sahəsində, həm də ondan kənarda özümün ən yaxşı versiyası olmaq istəyirəm. Mən bunun üzərində işləyirəm”.
Halandın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Premyer Liqada yeni mövsüm avqustun 16-da başlayır. “Mançester Siti” avqustun 18-də İngiltərə çempionatının ilk turunda “Çelsi” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin