Kapitan yeni baş məşqçidən razıdır
“Çelsi”nin kapitanı Ris Ceyms yeni baş məşqçi Enzo Mareskanın rəhbərliyi altında çalışdığı ilk həftələrlə bağlı fikirlərini bölüşüb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu mövsümün başlamasını səbirsizliklə gözlədiyini bildirib:
“Məncə, Mareska ilk həftələrdə yaxşı başladı. O, yüksək standartlar qoydu. Mövsümün başlamasını səbirsizliklə gözləyirəm”.
İtaliyalı mütəxəssis iyun ayında “Lester”dən ayrılaraq, London klubu ilə müqavilə imzalayıb.
May ayında “Brayton”la oyunda qırmızı vərəqə alan Ceyms cəza səbəbindən İngiltərə Premyer Liqasının yeni mövsümünün ilk 3 turunu buraxacaq. O, ötən mövsüm müxtəlif zədələr səbəbindən çempionatda cəmi 10 oyun keçirə bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin