“Murov”un yaradıcısı Komanda.az-a üz tutdu – Kömək istədi
“Murov” (Kəlbəcər) komandası Region Liqasında iştirak etmək istəyir. Amma “Murov”un istəyinin qarşısını kəsən əsas məsələ maliyyə problemidir. Bu barədə komandanın yaradıcısı İlqar Məmmədov məlumat verib.
Komanda.az saytına müraciət edən “Murov”un yaradıcısı sponsorlardan kömək istəyib:
“Salam, Komanda.az saytı. Sizi narahat edən “Murov” (Kəlbəcər) həvəskar futbol klubunun yaradıcısı İlqar Məmmədovdur. Yazıb sizdən xahiş edirəm ki, bizim “Murov” futbol klubunun Azərbaycan Region Liqasında iştirakı üçün, infrastruktur və nəqliyyat xərclərimizdə bizə köməklik göstərə biləcək bir sponsorun tapılmasında yardım edəsiz. AFFA-ya müraciət etmişəm, onlar Region Liqası ilə bağlı hələ dəqiq nəsə deyə bilməyəcəklərini, lakin forma və 10 ədəd topla kluba yardım edə biləcəklərini bildirdilər. Gənclər və İdman Nazirliyinə, Kəlbəcər Rayon İcra Hakimiyyətinə, Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədova müraciət etsəm də, hələ ki, heç bir cavab gəlməyib.
Özüm Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunuyam. 25 ildir ki, futbol azarkeşiyəm, usaq yaşlarında “Şəfa”, “Azəri” kimi klubların aşağı yaş komandalarında oynamışam. Ümid edirəm ki, sizin saytınız vasitəsi ilə bizə sponsor tapılar”.
Bizi Facebook-da izləyin