Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda
Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Aysun Əliyeva karyerasına Qazaxıstanda davam edəcək.
Komanda.az AFFA-nın “facebook” səhifəsinə istinadən xəbər verir ki, Əliyeva Qazaxıstanın “Okjetpes” klubu ilə anlaşıb. Futbolçu, Qazaxıstan təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb.
Daha öncə millinin digər üzvləri Nərgiz Hacıyeva, Manə Mollayeva və Vüsalə Seyfəddinova Rusiyanın “Ryazan” klubu ilə 5 aylıq müqavilə imzalamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin