Keyn keçmiş komandasına qarşı oynamayacaq

Mövsümöncəsi hazırlıq çərçivəsində “Bayern” avqustun 3-də “Tottenhem”lə yoxlama oyunu keçirəcək. İngilis hücumçu Harri Keyn keçmiş komandasına qarşı oynamayacaq.

Komanda.az “goal”-a istinadən xəbər verir ki, “Bayern”in yeni baş məşqçisi Vensan Kompani yoxlama matçında Keyn də daxil olmaqla bu futbolçuların iştirak etməyəcəyini təsdiqləyib:

“Keyn, Alfonso Deyvis, Upamekano və Kinqsli Koman orada olmayacaq. Amma ümid edirik ki, onlar ilk kubok oyununda oynaya biləcəklər”.

Hər bir futbolçunun mövsümün sonunda ən azı üç həftə istirahət etmək hüququ olduğunu xatırlatmağa dəyər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button