“Morata Avropa çempionatında özünü qurban verdi” – Keçmiş futbolçu
Bolqarıstanlı keçmiş hücumçu Xristo Stoiçkov bir müddət əvvəl “Milan”a keçən Alvaro Moratanı tənqid edənləri başa düşmədiyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Morata? İndi Avropa çempionatından sonra onun niyə bu qədər tənqid edildiyini heç kim başa düşmür. Amma Morata bu Avropa çempionatında özünü qurban verdi, rəqib müdafiəçiləri bir araya topladı, komanda yoldaşlarına boş yer yaratdı. Olmo və ya Lamin Yamal haqda danışıldı, amma heç kim Morata haqqında heç nə demədi”.
Morata İspaniya millisi ilə AÇ-2024-ün qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin