“Leyptsiq” Avropa çempionunu 60 milyon avroya satmağa hazırdır
İspaniyalı futbolçu Dani Olmonun “Leyptsiq”lə müqaviləsində olan sərbəstqalma bəndinin aktivliyi tezliklə başa çatacaq.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “Bayern”, “Çelsi” və “Barselona” Avropa çempionu ilə maraqlanır. 26 yaşlı yarımmüdafiəçini iyulun 20-dək 60 milyon avroya almaq mümkündür.
“Leyptsiq” müəyyən olunmuş tarixdən sonra da ispaniyalı futbolçunu təxminən eyni məbləğə satmağa hazırdır.
Dani Olmo İspaniya millisinin heyətində AÇ-2024-də 6 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Leyptsiq”lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin