“Bellingemi çox bəyənirəm” – İspaniya millisinin baş məşqçisi

Luis de la Fuente Avropa çempionatının finalı öncəsi İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingem haqqında fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, ingilis futbolçunun çıxışını bəyəndiyini söyləyib:

“Bu oyunçunu çox bəyənirəm. Bellingemin məni futbola cəlb edən keyfiyyətləri var. O, əla texnikaya və bütün güclü tərəflərinin harmonik birləşməsinə malik güclü oyunçudur. O, həm də, çoxlu qol vurur və təbii istedada malikdir. Onun oyununu izləmək həmişə xoşdur”.

Bu gün İngiltərə və İspaniya yığmaları arasında AÇ-2024-ün final oyunu keçiriləcək. Matç saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button