“Yuventus” Türkiyə millisinin üzvünü “qaralayıb”
“Yuventus” yay transfer pəncərəsində heyətini Türkiyə millisinin və “Fənərbaxça”nın müdafiəçisi Fərdi Kadıoğlu ilə gücləndirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu Kadıoğlunun müdafiənin təkcə solunda deyil, həm də sağ cinahında çıxış edə bilməsini bəyənir.
24 yaşlı futbolçu son mövsümdə Türkiyə çempionatında 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin