Alkantara “Barselona”ya qayıda bilər

Futbolçu karyerasını başa vurduğunu açıqlayan ispaniyalı keçmiş yarımmüdafiəçi Tiaqo Alkantara məşqçi ola bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 33 yaşlı sabiq futbolçu Hans-Diter Flikin “Barselona”dakı məşqçilər heyətinə qoşulmaq istəyir. Almaniyalı mütəxəssis onunla əməkdaşlıqda şəxsən maraqlıdır.

Alkantara yaxın vaxtda karyerasını bitirib. O, bu barədə sosial şəbəkədə məlumat verib. Onun son iş yeri “Liverpul” olub.

Alkantara “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun əsas komandasında iki mövsüm keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button