“Barselona” Rafinyanı razı sala bilmir

“Barselona” çətin ki, vingeri Rafinya Diası klubu daimi olaraq tərk etməyə razı sala bilsin.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rafinya keçmiş agenti, indi isə “Barselona”nın idman direktoru olan Dekuya bu transfer dönəmində komandadan ayrılmaq fikrində olmadığını açıqlayıb.

Braziliyalı futbolçu hazırkı klubunda özünü xoşbəxt hiss etdiyi üçün burada qalmaq istəyir.

Rafinya 2022-ci ilin yayında 57 milyon avroya İngiltərənin “Lids” klubundan “Barselona”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button