AÇ-2024: “Biz heç bir rəqibdən qorxmuruq”

Fransa millisinin hücumçusu Antuan Qrizmann AÇ-2024-ün yarımfinalından əvvəl açıqlama verib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu heç bir rəqibdən qorxmadıqlarını bildirib:

“İspaniyanın güclü komandası var. Biz heç bir rəqibdən qorxmuruq. Özümüzə güvənirik və finala çıxmaq üçün əlimizdən gələni edəcəyik. Biz Fransa millisinin çıxışından həzz almalıyıq, çünki qalib gəlməyi bacarırıq. Finala cəmi bir oyun qalıb”.

Fransa millisi iyulun 9-da İspaniya ilə qarşılaşacaq. Matçın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button