“Rodriqonun sonda meydanı tərk etməsi ayıb idi” – Millinin baş məşqçisi
Braziliya millisinin baş məşqçisi Dorival Junior Amerika kubokunun 1/4 finalında Uruqvay yığmasına məğlubiyyətdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq səhv etdiklərini deyib:
“Turnirin ilk günündən penaltilərə hazırlaşdıq, çünki pley-off seriyasına yüksələ biləcəyimizi bilirdik. Rodriqonun sonda meydanı tərk etməsi ayıb idi. O, komandanın əsas penalti oyunçularından biridir. Amma təbii ki, səhv edildi. Təəssüf ki, bu səhvi edən biz idik”.
Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında uruqvaylılar qələbə qazanıb – 2:4.
Uruqvay millisi yarımfinalda Kolumbiya ilə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin