“İnter” hücumçusunu icarəyə verdi
İtaliyanın “Parma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası klubu elitanın digər təmsilçisi “İnter”in hücumçusu Yann Karamonu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fil Dişi Sahilində olan, amma Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinmiş gənc forvard 1 illik icarəyə götürülüb. Amma “Parma” mövsümün sonunda onun transfer hüquqlarını da almaqla 2023-cü ilə qədər müqavilə bağlamalıdı.
Karamo Fransanın “Kan” klubunun yetirməsidi. 21 yaşlı forvard 2017-ci ildə sözügedən klubdan “İnter”ə transfer olunub. Geridə qalan mövsümü isə o, “Bordo”da icarədə keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin