“Barselona” futbolçusu üçün 90 milyon avro tələb edir
“Barselona” hücumçusu Rafinya Diasla ayrılmağa hazır olacağı məbləği müəyyən edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barsa” braziliyalı futbolçu üçün 90 milyon avro tələb edir.
Səudiyyə Ərəbistanı klublarından “Əl-Hilal” Rafinyaya böyük maaş təklif etməyə hazırdır. Lakin onun özü Kataloniya klubundan ayrılmaq niyyətində deyil.
Rafinya 2022-ci ildə “Lids”dən “Barselona”ya keçib. O, bu müddətdə klubu ilə İspaniya çempionluğunu qazana bilib.
27 yaşlı futbolçu La Liqanın son mövsümündə 6 qol vurub, 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin