“Neftçi”dən Rusiya klubuna

“Neftçi”dən ayrılan Reziuan Mirzovun yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Ximki”yə keçib.

Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.

Mirzov daha əvvəl 2020-2023-cü illərdə “Ximki”də çıxış edib. O, 2023/2024 mövsümünü “Neftçi”də keçirib. Futbolçu müqaviləsi başa çatdığı üçün bu yay paytaxt təmsilçisindən ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button