Bordin “Neftçi”nin oyununda narazı qaldığı məqamları açıqladı

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Moldovanın “Speranta” klubu ilə qarşılaşdıqları matçdan sonra fikirlərini bildirib:

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis jurnalistlərlə görüşdə bunları deyib:

  • Çətin oyun olacağını bilirdik. Oyunçularıma tapşırmışdım ki, rəqibi ciddi qəbul etsinlər, onlara yuxarıdan aşağı baxmasınlar. Bu cür nəticədən sonra düşünə bilərsiz ki, asan qələbə idi. Ancaq oyunun əvvəlində işlər istədiyimiz kimi getmirdi. Oyunçularımın oyuna yanaşması yaxşı oldu.
  • 6 qol vurulsa da, oyunun ulduzu İsmayıl Zülfüqarlı oldu…
  • Əlbəttə, bu qələbə, bütün komandanın uğurudu. Bütün oyunçular özünü yaxşı tərəfdən göstərdi. İsmayılın da oyununu yaxşı qiymətləndirirəm. Qol vurmağı da onun üçün hədiyyə oldu.
  • 2-ci təsnifat mərhələsindəki rəqibiniz olan “Arsenal”ın həftəsonu oyunu var. Oyunu izləmək üçün səfər planınız varmı?
  • Ola bilsin ki, kimisə göndərdik. Planda var. Başqa vasitələr var ki, hansı ki, rəqibi analiz etmək olur.
  • 6 qol vuruldu, ancaq mərkəz hücumçusu fərqlənə bilmədi. Bu, qarşıdakı oyunlar üçün pis siqnal vermir ki?
  • Rauf Əliyev fərqlənməsə də, göstərdiyi oyunun komandaya xeyri oldu. Əsas odu ki, oyunçunun komandaya xeyri olsun. Bəzi məqamlar var ki, onları yaxşılaşdırmalıyıq.
  • Nədənsə narazı qalmısızmı?
  • Sevinirəm ki, bu qələbə, Azərbaycan futbol tarixində ən böyükhesablı ev qələbəsidi. Narazı qaldığım odu ki, futbolçular bir-birilərini yaxşı başa düşmür. Topu özümüzdə çox saxlaya bilmirik.
  • Monrozun gəlişindın sonra Baqali Dabonu hücumun mərkəzində görə bilərikmi?
  • Dabo da, Monroz da hücumun hər 3 mövqeyində oynaya bilir. Dabonun tez hazır olmasını istəyirəm. Mövqe seçiminə sonra baxacağıq.
  • İsmayılın həddindən artıq dəstək görməsi, sizi narahat etmirmi ki, “ulduz xəstəliyi”nə tutular? Onunla fərdi söhbət edəcəksizmi?
  • Yox, inanmıram. Tutulsa da, onu sağaldarıq. Bu gün oyuna çox yaxşı daxil oldu. Qol epizodunda da yaxşı mövqe seçmişdi. Onun üçün çox sevinirəm. Çalışmalıdır ki, verilən şanslardan düzgün istifadə etsin. Cavan oyunçudu, öz üzərində çox çalışmalıdı. Onun ətrafında çox təcrübəli futbolçular var.
  • Son iki oyundakı qələbə, komandaya həm motivasiya verə bilər, həm də eyforiya yarada bilər…
  • Oyunçularıma tapşırıq vermişdim ki, oyuna ciddi yanaşsınlar. Onlar da bunu etdi. Bu qələbələr qarşıda bizim üçün böyük motivasiya olar. Bizi güclü rəqib gözləyir, ciddi hazırlaşmalıyıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button