“Zirə” növbəti transferini açıqladı

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu yunanıstanlı Anastasios Papazoğlu ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Yunanıstanlı futbolçu bundan öncə “Panserrakios”(Yunanıstan), “Olimpiakos” (Yunanıstan), APOEL (Kipr), “Xanti” (Yunanıstan), “Panetolikos” (Yunanıstan), “Apollon” (Yunanıstan) və OFİ (Yunanıstan) klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button