Bir ildə dəyəri 100 dəfə artan futbolçu

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesin dəyəri bir il ərzində xeyli artıb.

Komanda.az xəbər verir ki, iyunun 7-də “Transfermarkt” portalı İspaniya La Liqasında oyunçuların bazar dəyərini yeniləyib. 21 yaşlı Lopesin dəyəri 30 milyon avroya (son qiymət 15 milyon idi) yüksəlib.

İspaniyalı yarımmüdafiəçi 2023-cü ilin iyununda cəmi 300 min avro dəyərində qiymətləndirilmişdi. Bir ildə onun dəyəri 100 dəfə artıb.

Lopes ötən mövsüm 42 matçda iştirak edib, 11 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button