Rafinya Xavinin qardaşını təhqir edib

“Barselona”nın cinah futbolçusu Rafinya La Liqanın 33-cü turunun “Valensiya” ilə oyununda (4:2) əvəzlənməsindən narazılığını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu meydanı tərk edəndə komandanın baş məşqçisi Xavi Hernandesin qardaşı olan Oskarla mübahisə edib. Rafinya baş məşqçinin qardaşının ünvanına təhqiramiz ifadələr işlədib. Bu sözlərdən sonra Rafinyaya mövsümün son matçında oynamayacağı bildirilib.

27 yaşlı futbolçu İspaniya çempionatının cari mövsümündə 27 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button