“Modriç daha bir il “Real”da qalacaq”
“Real”ın yarımmüdafiəçisi Luka Modriçin agenti Vlado Lemiç müştərisinin gələcəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçunun agenti onun bir il daha “kral klubu”nda qalacağını bildirib:
“Çox güman ki, o, daha bir il “Real”da qalacaq və tarix yazmağa davam edəcək”.
38 yaşlı oyunçunun “Real”la hazırkı müqaviləsi bu ilin yayına kimi nəzərdə tutulub.
Modriç bu mövsüm Madrid klubunda 43 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin