Rusiyalı futbolçu “Neftçi”dən ayrılacaq? – Açıqlama
“Neftçi”nin futbolçusu Reziuan Mirzovun agenti Aleksandr Klyuev rusiyalı yarımmüdafiəçinin klubla müqaviləsinin uzadılması ehtimalı ilə bağlı danışıb.
Komanda.az xəbər verir ki, Klyuev “Match TV”-yə açıqlamasında iyunun 30-da “ağ-qaralar”la sözləşməsi başa çatacaq futbolçunun qarşıdakı iki oyundan sonra qərar verəcəyini deyib:
“Bəli, Mirzovun “Neftçi” ilə müqaviləsi başa çatır. İndi Azərbaycan çempionatının son oyunları olacaq və bundan sonra vəziyyətə baxacağıq. Hələlik əlavə etmək üçün başqa heç nə yoxdur”.
Mirzov “Neftçi”yə mövsümün əvvəlində “Ximki”dən keçib. 30 yaşlı futbolçu komandada keçirdiyi 24 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin