Ən yaxşı məşqçi və futbolçu adına namizədlər məlum olub – SİYAHI
“Globe Soccer Awards”ın versiyasına görə 2024-cü ilin ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda 15 məşqçi, 20 futbolçu yer alıb.
Namizədlər arasında ən çox “Mançester Siti”nin futbolçuları (4) yer alıb. “Real” və “İnter” isə siyahıda hərəyə 3 futbolçu ilə təmsil olunur:
Namizəd baş məşqçilər:
1. Xabi Alonso (“Bayer”, Almaniya)
2. Ruben Amorim (“Sportinq”, Portuqaliya)
3. Karlo Ançelotti (“Real”, İspaniya)
4. Mikel Arteta (“Arsenal”, İngiltərə)
5. Unay Emeri (“Aston Villa”, İngiltərə)
6. Luis Enrike (PSJ, Fransa)
7. Can Pyero Qasperini (“Atalanta”, İtaliya)
8. Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə)
9. Sebastyan Heness (“Ştutqart”, Almaniya)
10. Simone İnzaqi (“İnter”, İtaliya)
11. Miçel (“Jirona”, İspaniya)
12. Tyaqo Motta (“Bolonya”, İtaliya)
13. Edin Terziç (“Borussiya”, Dortmund, Almaniya)
14. Tomas Tuxel (“Bayern”, Almaniya)
15. Xavi (“Barselona”, İspaniya)
Namizəd futbolçular:
1. Alessandro Bastoni (“İnter”, İtaliya)
2. Çud Bellingem (“Real”, İngiltərə)
3. Hakan Çalhanoğlu (“İnter”, Türkiyə)
4. Fil Foden (“Mançester Siti”, İngiltərə)
5. Antuan Qrizmann (“Atletiko”, Fransa)
6. Aleks Qrimaldo (“Bayer”, İspaniya)
7. Seru Qirassi (“Ştutqart”, Qvineya)
8. Erlinq Haland (“Mançester Siti”, Norveç)
9. Mats Hummels (“Borussiya”, Dortmund, Almaniya)
10. Harri Keyn (“Bayern”, İngiltərə)
11. Coşua Kimmix (“Bayern”, Almaniya)
12. Toni Kroos (“Real”, Almaniya)
13. Lautaro Martines (“İnter”, Argentina)
14. Kilian Mbappe (PSJ, Fransa)
15. Koul Palmer (“Çelsi”, İngiltərə)
16. Rodri (“Mançester Siti”, İspaniya)
17. Bukayo Saka (“Arsenal”, İngiltərə)
18. Məhəmməd Salah (“Liverpul”, Misir)
19. Bernardo Silva (“Mançester Siti”, Portuqaliya)
20. Vinisius Junior (“Real”, Braziliya)
“Globe Soccer Awards”a görə 2023-cü ilin ən yaxşı baş məşqçisi Pep Qvardiola, futbolçusu Erlinq Haland seçilib. Bu mükafatlar 2011-ci ildən etibarən təqdim olunur.
Bizi Facebook-da izləyin