Polşa mətbuatı azərbaycanlı futbolçu haqda: “Əsas günahkar Məmmədovdur”
Polşa mətbuatı LKS-in (Lodz) azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun Ekstraklasanın 31-ci turunun “Şlensk”lə oyunundakı (1:2) çıxışını qiymətləndirib.
Komanda.az xəbər verir ki, “lodzki sport” portalı Məmmədovu tənqid edib:
“Rahil mövsüm ərzində “Şlensk”lə görüşdəki qədər səhv etməmişdi. Məğlubiyyətin əsas günahkarı Məmmədovdur. O, həmişə epizodlarda gecikirdi. Bununla yanaşı, rəqibin cərimə meydançasında qol vurmağa çalışan komanda yoldaşı ilə toqquşurdu”.
Rahil Məmmədov 90 dəqiqə meydanda olub. LKS isə məğlub olaraq Ekstraklasanı tərk edib. Komanda 21 xalla 18-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin