MY 95 milyon avroya aldığı futbolçunu satmaq istəyir

“Mançester Yunayted”in vingeri Antoni yay transfer pəncərəsində klubu tərk edə bilər.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, İngiltərə klubu braziliyalı futbolçu ilə ayrılmağa hazırdır. “Qırmızı şeytanlar” Antoninin yerinə “Kristal Pelas”ın futbolçusu Maykl Olizi transfer etməyi planlaşdırır.

Antoni 2022-ci ilin yayında “Ayaks”dan 95 milyon avro qarşılığında “Mançester Yunayted”ə keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

24 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 27 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button