“Əmin idim ki, Bellingem məni çaşdırmaq istəyirdi” – Keyn

“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqasının yarımfinalının ilk oyununda (2:2) penaltini yerinə yetirməzdən əvvəl “Real”ın yarımmüdafiəçisi Çud Bellingemin onu çaşdırmaq istədiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bellingem penaltidən əvvəl mənə nəsə dedi, amma bunun nə olduğunu bilmirəm. Onun qulağıma nəsə mızıldandığını gördüm. Yəqin ki, ondan nə istədiyini soruşmalıydım. Amma diqqətimi penaltini necə yerinə yetirəcəyimə yönəltmişdim və əmin idim ki, o, məni çaşdırmaq istəyirdi. Xoşbəxtlikdən, o, bunu edə bilmədi və mən qol vurdum”.

Komandalar arasında cavab oyunu mayın 8-də Madriddə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button