ÇL: “Real” hər səhvin cəzasını çəkdirir”

Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları keçirilir. “Bayern” ilk maçtda “Real”ı qəbul edib (2:2). Münhen klubunun hücumçusu Harri Keyn ilk oyun haqda fikirlərini bölüşüb.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu məyus olduğunu bildirib:

“Bir az məyus oldum, çünki qol vurduqdan sonra daha iki-üç fürsətimiz oldu. Oyunun asan olmayacağını bilirdik. “Real” kimi rəqib hər səhvin cəzasını çəkdirir. Gələn həftə hələ də şanslarımız var”.

Cavab matçı bir həftə sonra Madriddə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button