“Bayern” Pavloviçlə bağlı qərar verib
“Bayern” komandanın yarımmüdafiəçisi Aleksandr Pavloviçin oyunundan razıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi almaniyalı futbolçuya yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə təklif etməyə hazırdır.
Pavloviçin “Bayern”lə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
Almaniyalı yarımmüdafiəçi bu mövsüm münhenlilərin heyətində 17 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Bayern” Almaniya çempionatında 2-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin