Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü
Futbol üzrə Niderland birinci divizionunda 35-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Den Haq”la qarşılaşıb. Futbolçumuzun komandası meydanı 1 xalla tərk edib – 1:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının bərabərlik qolunun məhsuldar ötürməsini də milimizin futbolçusu verib.
“Eyndhoven” hazırda 39 xalla 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin