“Real” Ardanı icarəyə verməyi planlaşdırır

Türkiyəli yarımmüdafiəçi Arda Gülər ​​cari mövsümün sonunda “Real”ı tərk edə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “kral klubu” 19 yaşlı yarımmüdafiəçini sabit oyun praktikası əldə etmək üçün icarəyə verməyi planlaşdırır.

Gülərlə “Betis” klubu maraqlanır. “Real Sosyedad” da yarımmüdafiəçini transfer etmək istəyir.

Arda bu mövsüm İspaniya çempionatında 5 matçda iştirak edib və 1 qol vurub.

Hazırda “Real” ikinci yerdə qərarlaşan “Barselona”nı 8 xal qabaqlayaraq, La Liqanın turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button