Linqard derbini buraxacaq
İngiltərəli hücumçu Cessi Linqard Seul derbisi tarixində ikinci oyunu buraxmaq məcburiyyətində qalıb.
Komanda.az xəbər verir ki, Linqardın komandası “Seul” bu gün 10 il əvvəl yaradılmış və hazırda Cənubi Koreyanın 2-ci liqasında çıxış edən “Seul E-Land”la qarşılaşacaq. Komandalar Cənubi Koreya kubokunun 3-cü mərhələsində üz-üzə gələcəklər. Əvvəllər bu klublar yalnız bir dəfə, 2021-ci ildə kubokda qarşılaşıblar. Linqardın komandası 3:0 hesabı ilə qalib gəlib. Amma ümumilikdə son illər “Seul” üçün yaxşı getmir – sonuncu kubok 2015-ci ildə, çempionluq 2016-cı ildə qazanılıb.
Linqard dizindən aldığı zədə səbəbindən derbidə oynaya bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin