Musa “Yurqorden”in U-21 komandasında qol vurdu
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”in U-21 komandasının heyətində oyuna çıxıb.
Komanda.az xəbər verir ki, Stokholm təmsilçisi Elit liqa kuboku matçında öz meydanında “Norççepinq”i qəbul edib. Oyun 1:1 hesablı bərabərliklələ başa çatıb.
Qurbanlı bu görüşdə 90 dəqiqə meydanda olub. 22 yaşlı forvard 52-ci dəqiqədə penaltidən komandasının yeganə qolunu vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin