“2024-cü ildə “Mançester Yunayted”dən daha çox qol buraxan komanda yoxdur”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand keçmiş komandasının İngiltərə Premyer Liqasının 31-ci turunun “Çelsi” ilə oyununda (3:4) dramatik məğlubiyyətini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:

“Bu, basketbol oyunu kimi idi: yuxarı və aşağı, siz hücum edirsiz, biz də hücum edirik. Bu, hər iki komanda üçün həyəcanlı idi. Avropanın ən yaxşı beş liqasında 2024-cü ildə “Mançester Yunayted”dən daha çox qol buraxan komanda yoxdur”.

“Çelsi” İngiltərə Premyer Liqasında 29 oyundan sonra 43 xalla 10-cu yerdədir. “Qırmızı şeytanlar” 30 oyundan sonra 48 xal toplayıb və 6-cı yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button