“Bu yolda qalmağa davam etməliyik” – “Çelsi”nin sahibi
“Çelsi”nin sahibi olan amerikalı iş adamı Todd Boley London klubunun son dövrlərdəki zəif nəticələrindən danışıb.
Komanda.az “Forbes”-ə istinadən xəbər verir ki, klub sahibi bunu başa düşdüyünü, lakin bu yolda qalmağa davam etməli olduqlarını bildirib:
“Sadəcə prosesin inkişafına şərait yaratmalısan. İnanılmaz dərəcədə güclü fərdi oyunçulardan ibarət komandaya çevrilmək üçün vaxt verməlisiz.
Yaxşı xəbər odur ki, insanlar bundan çox xoşbəxtdirlər. Amma pis xəbər odur ki, buna çox əhəmiyyət verirlər. Bu, onların komandadan və sahiblərdən məyus olmasına gətirib çıxarır. Mən bunu başa düşürəm, lakin biz sadəcə olaraq bu yolda qalmağa davam etməliyik”.
“Çelsi” Premyer Liqada 28 turdan sonra 40 xal toplayıb və hazırda 11-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin