AÇ-2024 onun üçün sonuncu beynəlxalq turnir ola bilər

“Milan”ın və Fransa millisinin hücumçusu Olivye Jiru AÇ-2024-ün onun üçün sonuncu beynəlxalq turnir olacağını istisna etməyib.

Komanda.az “Telefoot”-a istinadən xəbər verir ki, fransalı hücumçu hər andan maksimum istifadə etməli olduqlarını bildirib:

“Bu, mənim sonuncu beynəlxalq turnirim ola bilər. Hələ heç nə qərarlaşdırılmayıb. Dediyim kimi, mən sona əvvəldən daha yaxınam. Biz hər andan maksimum istifadə etməliyik”.

37 yaşlı Jiru Fransa millisində 131 dəfə meydana çıxıb və 57 qol vurub. O, milli komandanın tarixində ən çox qol vuran futbolçudur.

Fransa millisi AÇ-2024-də D qrupunda Niderland, Polşa və Avstriya ilə mübarizə aparacaq.

Jirunun mövsüm bitdikdən sonra MLS klublarından birinə keçməyi planlaşdırdığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button