“Ümid edirəm ki, o, pisə doğru dəyişməz” – Braziliya millisinin baş məşqçisi

Braziliya millisinin baş məşqçisi Dorival Junior hücumçu Endrikin gələcək perspektivlərdən danışıb.

Komanda.az “Esporte”-yə istinadən xəbər verir ki, braziliyalı məşqçi 17 yaşlı hücumçunun gənc futbolçulara xas olmayan ustalığa malik olduğu üçün fərqləndiyini bildirib:

“Bu adamın necə ola biləcəyini zaman göstərəcək. İnanıram ki, o, eyni ruhda davam etsə, mütləq Braziliya və dünya futbolunda çox önəmli oyunçuya çevriləcək. O, gənc futbolçulara xas olmayan ustalığa malik olduğu üçün fərqlənir. Ümid edirəm ki, o, pisə doğru dəyişməz”.

Endrik “Palmeyras” akademiyasının məzunudur. O, Braziliya klubunda 66 oyun keçirib, 18 qol vurub və 3 məhsuldar ötürmə verib.

17 yaşlı futbolçu martın 23-də İngiltərə yığması ilə yoldaşlıq görüşündə (1:0) millinin heyətində debüt qolunu vurub.

2024-cü ilin iyulunda hücumçu “Real”a keçəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button