Milli komanda uduzdu, prezident və baş məşqçi istefa verdi
Misir millisi Afrika Millətlər Kubokunun 1/8 finalında CAR-a məğlub olaraq, mundialla vidalaşıb.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, turnirlə erkən vidalaşan Misir millisinin baş məşqçisi Xavyer Aqirre vəzifəsindən göndərilib. Aqirre ilə yanaşı, Misir Futbol Federasiyasının prezidenti Xani Abi Ridanın da tutduğu postdan ayrıldığı bildirilir.
Aqirre DÇ-2018-dən sonra Misir millisinə baş məşqçi təyin olunmuşdu. Misir millisi sonuncu dəfə 2004-cü ildə Afrika Millətlər Kubokunda 1/4 finala yüksələ bilməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin