Ronaldo cəzalandırıldı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo azarkeşlərə qarşı ədəbsiz jest etdiyi üçün diskvalifikasiya edilib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunun “Əl-Şəbab”la oyununda (3:2) göstərdiyi jestə görə 1 oyunluq diskvalifikasiya olunub. Ronaldo özü bu işarənin “güc və qələbə” ifadə etdiyini və Avropada onların buna öyrəşdiyini söyləyib.

39 yaşlı hücumçu bu mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 29 oyun keçirib, 28 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button