“Heç vaxt “Bayer”ə keçidi səhv kimi qəbul etməmişəm” – “Qarabağ”ın qapıçısı
“Qarabağ”ın qapıçısı Andrey Lunyov vaxtı ilə “Bayer”ə keçməsinin səhv olmadığını bildirib.
Komanda.az “Çempionat” nəşrinə istinadən xəbər verir ki, rusiyalı qolkiper Almaniyaya köçməsini karyerasında pis dövr adlandırıb:
“Mən heç vaxt “Bayer”ə keçidi səhv kimi qəbul etməmişəm. Bu, mənim iddialarımı və məqsədlərimi həyata keçirmək baxımından o qədər də uğurlu mərhələ deyildi”.
“Bayer”dən ayrılan Lunyov 2023-cü ildə “Qarabağ”a keçib.
“Bayer” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin