“Mən bundan çox razıyam” – “Barselona”nın futbolçusu

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubunun tarixində La Liqanın 26-cı turunun “Xetafe” ilə oyununda (4:0) vurduğu 11000-ci qolu şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu eyni zamanda, komanda olaraq qazandıqları qələbəyə görə də sevindiyini söyləyib:

“Salam, mən “Barselona” tarixində 11000-ci qolu vurdum. Mən bundan çox razıyam və bugünkü qələbəmizə də sevindim. Dəstəyiniz üçün hamınıza təşəkkür edirik, biz növbəti matçı səbirsizliklə gözləyirik”.

26 yaşlı yarımmüdafiəçinin İspaniya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm o, bütün yarışlarda 26 matçda iştirak edib və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button