“Keşlə”dən ayrıldı, Macarıstan klubuna keçdi

“Keşlə”dən ayrılan serbiyalı futbolçu Nikola Mitroviçin yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını Macarıstanda davam etdirəcək.

O, bu ölkənin yüksək liqa təmsilçisi “Zalaegerseq”ə transfer olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mitroviç yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Mitroviç “Keşlə”yə ötən mövsüm Polşanın “Visla” klubundan transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button