“Mançester Yunayted”in hücumçusu cərimələnəcək
“Mançester Yunayted”in hücumçusu Markus Reşford gecə klubunda əyləndiyinə və məşqi buraxdığına görə 764 min avro cərimələnəcək.
Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, Mançester təmsilçisinin forvardı cümə günü xəstə olduğu üçün məşqə qatılmayıb. Amma o, bir neçə saat əvvəl gecə klubunda olub.
Reşford 2015-ci ildən “Mançester Yunayted”də oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin