“Reşforda nəzarət etmək lazımdır” – Keçmiş futbolçu

“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer “Mançester Yunayted”in forvardı Markus Reşford haqda danışıb.

Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü Reşfordun məşqləri buraxmasına münasibət bildirib:

“Bu daxili məsələdirsə, onda nəyinsə səhv olduğunu düşünə bilərsiz. Markus çox istedadlı futbolçudur. Keçən mövsüm o, oyun öncəsi görüşə gecikdiyi üçün cəzalandırılsa da, indi açıq-aydın nəsə baş verib. Ya evində, ya da klubla münasibətlərində. Səhv olduğu üçün istedadını israf etməyə davam etməməlidir. Ona nəzarət lazımdır. Karyerasının sonunda eyni ruhda davam etsə, peşman olacağını ona deyəcək güclü adam lazımdır”.

Daha əvvəl Reşfordun gecə klubuna getdikdən sonra komandasının məşqini buraxmaq məcburiyyətində qaldığı məlum olub. Cümə günü səhər məşq etmək üçün çox xəstə olduğunu deməzdən bir neçə saat əvvəl “qırmızı şeytanlar”ın forvardının gecə klubunda olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button