“Mançester Yunayted”dən “Sevilya”ya – Rəsmi

“Sevilya” klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İspaniya klubu “Mançester Yunayted”in U-23 komandasından Mateo Mexiyanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sevilya” 20 yaşlı vinger üçün qarşı tərəfə təzminat ödəməyib. Futbolçunun növbəti satışından əldə ediləcək gəlirin 25 faizi “qırmızı şeytanlar”a çatacaq.

MY Mexiyanı 2019-cu ildə “Saraqosa”nın akademiyasından transfer etmişdi. Kolumbiyalı futbolçu bu mövsüm U-23 komandasının heyətində meydana çıxdığı 13 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button