İsveç millisinin üzvü “Qalarasaray”da

Türkiyə çempionu “Qalatasaray” növbəti transferini həyata keçirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, İstanbul klubu İsveç milli komandasının yarımmüdafiəçisi Cimmi Durmazı heyətinə qatır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Artıq 30 yaşlı vinger müqavilə bağlamaq üçün İstanbula gəlib. O, “TRT Spor”a açıqlamasında “Qalatasaray”a keçəcəyini təsdiqləyib:

“Burada olduğum üçün şadam. “Qalatasaray” oynamaq üçün gözəl klubdu. Fatih Terimlə öncə də çalışmağı çox istəmişdim. Bu, mənim üçün qürürverici olacaq. Gördüyüm ən yaxşı məşqçilərdən biridi. Türkiyəni tanıyıram. “Gənclərbirliyi”ndə iki yaxşı mövsüm keçirmişəm”.

İsveçin “Forvard” klubunun yetirməsi olan Durmaz, karyerası ərzində “Malmö”, “Gənclərbirliyi”, “Olimpiakos” klublarının da şərəfini qoruyub. Onun son iş yeri isə Fransanın “Tuluza” klubu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button