“Qəbələ” futbolçusu ilə yollarını ayırıb
“Qəbələ” yarımmüdafiəçisi Omar Hani ilə yollarını ayırıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2021-ci ilin sentyabrından komandada çıxış edən iordaniyalı oyunçu “qırmızı-qara” formada 85 matçda 4 qol vurub. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib. Asiyalı futbolçu “Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin