Mourinyo “Roma”nı tərk edə bilər

“Roma”nın baş məşqçisi Joze Mourinyo klubdan ayrıla bilər.

Komanda.az “FootMercato”-ya istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssisin qərarına fevralda klubdan ayrılacaq idman direktoru Tiaqo Pintonun gedişi təsir göstərə bilər. Çünki Mourinyonun “Roma”ya dəvət olunmasının təşəbbüskarı Pinto olub. Bu səbəbdən, təcrübəli çalışdırıcı yayda başa çatacaq müqaviləsini hələ də uzatmayıb.

Bundan başqa, “Roma” klubu artıq Mourinyonu əvəz edə biləcək şəxsləri də müəyyənləşdirib. Siyahıda İvan Yuriç, Antonio Konte və İqor Tudor kimi mütəxəssislərin adları yer alıb.

“Roma” İtaliya A Seriyasında 19 turdan sonra 29 xalla 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button