“Sevilya”da ayrılıq

“Sevilya” yarımmüdafiəçisi Fernando Receslə yollarını ayırıb.

Komanda.az klubun məbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. La Liqa təmsilçisi Fernandoya təşəkkür edib və uğurlar arzulayıb.

İspaniya mətbuatında yer alan məlumatlara görə, braziliyalı oyunçu karyerasını öz ölkəsində davam etdirəcək.

Reces karyerası ərzində “Mançester Siti”, “Qalatasaray” və “Portu”da da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button